• 12 İyul 2024
logo
Həqiqət budur: Rusiya cəbhədə məğlub olmalıdır

Həqiqət budur: Rusiya cəbhədə məğlub olmalıdır

Ukrayna ikinci Sülh Sammitinə hazırlaşır, lakin Kreml müharibə ilə bağlı mövqeyinə yenidən baxmayana qədər Rusiyanın orada iştirakının mənası olmayacaq.

Baymedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Rusiyanın hərbi məğlubiyyətləri, ona iqtisadi və diplomatik təzyiqlər lazımdır", - o söyləyib.

Onun sözlərinə görə, Ukrayna daha çox ölkəni növbəti sammitdə iştiraka cəlb etmək üçün bütün diplomatik vasitələrdən istifadə edəcək və onlara Ukrayna “sülh formulu"nun bütün 10 bəndinin əhəmiyyətini izah edəcək:

"Ancaq bir arqument var ki, onu heç nə ilə dəyişmək mümkün deyil - Rusiyanın cəbhə xəttindəki taktiki məğlubiyyətləri".