• 12 İyul 2024
logo
Fransa Ermənistandan sonra bu ölkəyə də “Sezar” satdı

Fransa Ermənistandan sonra bu ölkəyə də “Sezar” satdı

AB və NATO-nun bir hissəsi olan Estoniya Fransadan 12 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi alacaq.

Baymedia.az Unikal-a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Estoniya Müdafiə İnvestisiya Mərkəzi 2024-cü ilə qədər 6 ədəd 155 mm-lik özüyeriyən silahın gətirilməli olduğunu bildirib, qalanı isə 2025-ci ilin ortalarına qədər gətiriləcək.

Silahın qiyməti açıqlanmayıb.

Xatırladaq ki, Fransa adıçəkilən silahlardan Ermənistana da verib. Onlar 15 ay ərzində İrəvana çatdırılacaq.