• 2 Sentyabr 2026
logo
İranda xəstəxanada yanğın: 9 nəfər öldü

İranda xəstəxanada yanğın: 9 nəfər öldü

İranın Rəşt şəhərinin Qaim xəstəxanasında güclü yanğın baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Rəştin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat yayıb.

O bildirib ki, yerli vaxtla səhər saat 01:30-da baş verən hadisə nəticəsində 9 nəfər ölüb.

“Ölənlərin 8-i xəstəxananın reanimasiya bölməsində müalicə olunan xəstələrdir”.

Yanğının səbəbləri açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.