• 2 Sentyabr 2026
logo
Sərnişin və yük qatarı toqquşdu: ölənlər var

Sərnişin və yük qatarı toqquşdu: ölənlər var

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Baymedia.az xəbər verir ki, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb.

Nəticədə 5 sərnişin həlak olub, 20-dən çox insan yaralanıb.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Qəzanın başvermə səbəbləri araşdırılır.