• 22 İyul 2024
logo
Növbəti addım KTMT-dən çıxmaq olacaq - Paşinyan

Növbəti addım KTMT-dən çıxmaq olacaq - Paşinyan

Ermənistan üçün növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq.

Baymedia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 2023-cü il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı çıxışında deyib.

“Hökumət proqramında biz KTMT-nin üzvü olaraq qalacağımızı deməmişik. Dedik ki, cavab axtaracağımız suallar var. Bunun nə vaxt baş verəcəyinə biz qərar verəcəyik. Bəlkə bir ay, bəlkə bir il. Müxalifət də iddia edir ki, Ermənistan hökumətinin siyasəti bir sıra hallarda hökumətin 2021-2026-cı illər üçün proqramına ziddir, ona görə də istefa verməlidir. Müxalifətin açıqlamaları ilə niyə razılaşmırıq? KTMT ilə bağlı hökumət proqramında nə yazmışıq?

Deyirəm: Ermənistan qurumun işində fəal iştirak etməyə davam edəcək və üzv dövlətlərin maraqlarını və birgə məqsədlərini ən yaxşı şəkildə əks etdirəcək və onlara xidmət edəcək müqavilə çərçivəsinin kollektiv təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi və tətbiqi istiqamətində iş aparacaq. Yəni yazmışıq ki, KTMT ilə bağlı suallarımız var və biz bu suallara cavab axtarmalıyıq.

2022-ci ilin noyabrında İrəvanda keçirilən KTMT sammitində biz Ermənistanın maraqlarına cavab verməyən və hökumətin proqramına uyğun gəlməyən sənədləri imzalamaqdan imtina etdik”, - Paşinyan bildirib.