• 2 Sentyabr 2026
logo
ABŞ nüvə prinsiplərinə zərbə vurur - Çin

ABŞ nüvə prinsiplərinə zərbə vurur - Çin

ABŞ nüvə tərk-silahı ilə bağlı beynəlxalq müqaviləyə, onun yayılmaması prinsipinə zərbə vurur və bunu dayandırmalıdır.

Baymedia.az xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin rəsmi nümayəndəsi bildirib.

O vurğulayıb ki, Vaşinqton həm də milli və kollektiv Qərb təhlükəsizlik siyasətində nüvə silahının rolunu azaltmalıdır:

“Birləşmiş Ştatlar öz davranışı üzərində düşünməli və düzgün çalışmaq üçün öz üzərinə öhdəlik götürməlidir”.