• 2 Sentyabr 2026
logo
İrəvanda partlayan qaz məntəqəsi: yaralı sayı artdı

İrəvanda partlayan qaz məntəqəsi: yaralı sayı artdı

İrəvanın girişində, İrəvan-Göyçə yolunun 2-ci kilometrliyində maye qaz məntəqəsində baş verən güclü partlayış nəticəsində yaralananların sayı 7-yə qalxıb.

Baymedia.az xəbər verir ki. bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Hazırda yolun bağlı olduğu, soyutma işlərinin aparıldığı bildirilib.