Ekvadorda zəlzələ baş verib.
Baymedia.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar El Oro əyalətinin Pinas qəsəbəsində, 5,2 bal gücündə qeydə alınıb.
Təkanlar yerin 88 kilometr dərinliyində baş verib.
Zəlzələ nəticəsində itki olmayıb.