• 27 İyul 2024
logo
Tehranda atışma: 3 polis öldürüldü

Tehranda atışma: 3 polis öldürüldü

Dünən gecə saatlarında Tehranın Narmək məhəlləsində baş verən silahlı qarşıdurma zamanı 3 polis məmuru öldürülüb, bir neçə mülki şəxs yaralanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Tehran Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, tapancadan atəş açan hücumçunun özü də öldürülüb.

Hücum edən şəxsin kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl İran Polis Qüvvələrinin komandanı Əhmədrza Radanın güllələnərək öldürüldüyü barədə xəbər yayılıb. Dövlət qurumları məlumatı təkzib edərək, Radanın iş başında olduğunu bildirib.