• 27 İyul 2024
logo
İran birjasının fəaliyyəti dayandırıldı

İran birjasının fəaliyyəti dayandırıldı

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması xəbərinin təsdiqlənməsindən sonra ölkə birjasının fəaliyyəti dayandırılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Qiymətli Kağızlar və Birjalar Təşkilatının İdarə Heyətinin üzvü Rza Eyvazlı məlumat verib.

"Birja bu gün bağlıdır. Yaxın bir neçə gün ərzində fəaliyyətinin bərpası ilə bağlı məlumat veriləcək", - o bildirib.

Qeyd edək ki, İranın Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın da olduğu helikopter ötən gün Şərqi Azərbaycan vilayətində, dağlıq ərazidə qəzaya uğrayıb. Nəticədə prezident və XİN başçısı da daxil olmaqla, helikopterdə olan bütün heyət həlak olub.