• 15 İyun 2024
logo
Paşinyan Xameneiyə başsağlığı verdi

Paşinyan Xameneiyə başsağlığı verdi

Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin ölümü ilə bağlı İran Ali dini lideri Əli Xameneiyə başsağlığı verib.

Baymedia.az xəbər verir ki, bu barədə İran mediası yazıb.

Qeyd edək ki, İranın Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın da olduğu helikopter 19 mayda Şərqi Azərbaycan vilayətində, dağlıq ərazidə qəzaya uğrayıb. Nəticədə prezident və XİN başçısı da daxil olmaqla, helikopterdə olan bütün heyət həlak olub.