• 20 İyun 2024
logo
Ukrayna Rusiyaya 100 PUA ilə hücum etdi

Ukrayna Rusiyaya 100 PUA ilə hücum etdi

Gecə ərzində Rusiyanın dörd regionunda 100-dən çox PUA vurulub.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ən böyük hücum Krıma edilib. Burada 51 dron vurulub. Krasnodar diyarında 44, Belqorodda 6, Kurskda isə 1 PUA məhv edilib.

Belqoroda atılan PUA-lardan biri mülki avtomobilə dəyib. Nəticədə qadın və dörd yaşlı uşaq həlak olub. Bir nəfər isə yaralanıb.

Bildirilib ki, Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri 6 ədəd dəniz dronunu məhv edib.

Qeyd edək ki, bundan öncə Sevastopol qubernatoru Mixail Razvojayev Ukraynanın kütləvi hücumu nəticəsində şəhərdə elektrik enerjisinin kəsildiyi, məktəblərdə dərslərin dayandırıldığını bildirmişdi.