• 21 May 2024
logo
AYİB Ermənistana yarım milyard sərmayə yatırır

AYİB Ermənistana yarım milyard sərmayə yatırır

Bu il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ermənistana təxminən 500 milyon avro sərmayə qoymağı planlaşdırır.

Baymedia.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan bankın prezidenti Odil Reno-Basso deyib.

Onun sözlərinə görə, məbləğə bu gün imzalanmış və Şimal-Cənub magistralının Qarakilsə-Qacaran hissəsinin tikintisi üçün nəzərdə tutulan 236 milyon avro kredit də daxildir.

Reno-Basso bildirib ki, bu Ermənistan tarixində ən böyük bank müqaviləsidir.

Bank həmçinin Qarabağdan köçən ermənilərin işlə təmin olunması üçün yeni layihələr təklif etməyə hazırlaşır.

Bildirilib ki, bank illik iclas çərçivəsində Ermənistanın özəl sektoru ilə kredit xətləri üzrə 8 müqavilə imzalamaq niyyətindədir, onlardan biri banklardan biri ilə bir gün əvvəl imzalanıb.

Bundan başqa, AYİB Ermənistanda maliyyə sektoruna, o cümlədən ölkədə kapital bazarının inkişafı proqramlarının həyata keçirilməsi yolu ilə dəstəyi davam etdirmək niyyətindədir.

Qeyd edək ki, ümumilikdə Şimal-Cənub magistralında göstərilən kredit müqaviləsi istisna olmaqla, AYİB-in Ermənistana investisiyalarının ümumi həcmi 2,1 milyard avrodan çoxdur.