• 2 Sentyabr 2026
logo
Ermənistandakı kütləvi etiraz aksiyalarında həbs olunanlar var

Ermənistandakı kütləvi etiraz aksiyalarında həbs olunanlar var

Səhər saatlarından Ermənistanın paytaxtında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları başlayıb.

Baymedia.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, “Vətən Uğrunda Tavuş” hərəkatının fəalları İrəvanın Abovyan küçəsində toplaşaraq, mərkəzə doğru hərəkət ediblər.

Polis onların qarşısını kəsdikdən sonra həbslərə başlayıb.

Bu saata olan məlumata görə, aksiyanın 7 nəfər iştirakçısı saxlanılaraq, naməlum istiqamətə aparılıb.