• 2 Sentyabr 2026
logo
Rusiyaya məxsus Ka-52 helikopteri vuruldu

Rusiyaya məxsus Ka-52 helikopteri vuruldu

Ukraynanın 47-ci mexanikləşdirilmiş əlahiddə briqadasının döyüşçüləri Rusiyaya məxsus “Alliqator” Ka-52 tipli helikopteri vurublar.

Baymedia.az xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukraina” yayıb.

Helikopterin ekipaj üzvlərinin taleyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hərbi mütəxəssislər sözügedən helikopterin qiymətinin 16 milyon dollar olduğunu bildirir.