• 19 May 2024
logo
ABŞ səfiri Rusiyanı tərk edib

ABŞ səfiri Rusiyanı tərk edib

ABŞ səfiri Linn Treysi Rusiyanı müəyyən müddətə tərk edib.

Baymedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov efirində deyib.

“Bəli, bildiyimizə görə, səfir Treysi Rusiyanı müəyyən müddətə tərk edib. Bu barədə bizə Xarici İşlər Nazirliyindən səfirlərin dəvət (Rusiya Federasiyası prezidentinin andiçmə mərasiminə - red.) olunması məsələsi yekun olaraq həll olunmamışdan bir müddət əvvəl deyilib”, - o bildirib.