• 19 May 2024
logo
Putinin andiçmə mərasimi başladı - Canlı

Putinin andiçmə mərasimi başladı - Canlı

10:56

Bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək.

Baymedia.az xəbər verir ki, Rusiya Konstitusiyasına əsasən, mərasim saat 12:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

Prezidentin andiçmə mərasiminin təxminən bir saat davam edəcəyi gözlənilir. Həmin andan Putinin yeni altı illik prezidentlik müddəti başlayacaq.

Böyük Kreml Sarayında keçiriləcək andiçmə mərasimi yerli telekanallar tərəfindən canlı yayımlanacaq.

Qeyd edək ki, bu, Putinin siyasi karyerasında 5-ci andiçmə mərasimi olacaq.

Xatırladaq ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.

***

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

Mərasim Böyük Kreml Sarayında keçirilir.