• 18 May 2024
logo
İrəvanda görünməmiş tufan: şəhər su altında qaldı - Video

İrəvanda görünməmiş tufan: şəhər su altında qaldı - Video

İrəvanda ötən gecədən yağan güclü yağışlar fəsadlar törədib.

Baymedia.az erməni mediasına istinadla xəbər verir ki, İrəvan küçələrini sel suları basıb, maşınlar su altında qalıb. Eyni zamanda bir çox evlərə də sel ziyan vurub.

İrəvanda kanalların istinad divarları da uçub, evləri su basıb.

Ermənistan Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktor müavini Qagik Surenyan özünün Feysbuk səhifəsində ildırımın videosunu yerləşdirərək yazıb: “Mən İrəvanda belə ildırım görməmişdim”.