• 2 Sentyabr 2026
logo
Ukraynada olan rus əsgərlərin sayı açıqlandı

Ukraynada olan rus əsgərlərin sayı açıqlandı

Ukrayna ərazisindəki Rusiya qoşunlarının sayı 2022-ci ildən bəri xeyli artıb. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə 513 min rus hərbçisi var.

Baymedia.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı, Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.

Onun sözlərinə görə, bu rəqəm il ərzində arta bilər:

“Ruslar daha 100 min hərbçini səfərbər etmək istəyir və iyun, iyul aylarında Ukraynadakı qüvvələrini gücləndirmək üçün onlardan istifadə edəcəklər”.