• 17 May 2024
logo
ABŞ Gürcüstanı hədələdi: Moskvadan ilhamlanıb!

ABŞ Gürcüstanı hədələdi: Moskvadan ilhamlanıb!

Gürcüstan antirqərb ritorikasına və “Xarici agentlər haqqında” qanun layihəsinə görə AB və NATO-ya üzvlük perspektivlərini təhlükəyə atır.

Baymedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri AB və NATO-ya üzvlük üçün tələb olunan demokratik dəyərlərə uyğun gəlmir və ölkənin Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur”, - o bildirib.

Miller qeyd edib ki, ABŞ 32 ildir ki, Gürcüstan iqtisadiyyatına yardım edir, lakin Tiflis bu dəstəyi yanlış şərh edib və bu, onun effektivliyini zəiflədir.

O, ABŞ-ın Gürcüstanda nümayişçilərə qarşı güc tətbiqini pislədiyini vurğulayıb. Miller hesab edir ki, Tiflisdə müzakirələrə səbəb olan qanun layihəsi Moskvadan ilhamlanıb.