• 2 Sentyabr 2026
logo
Gürcüstanda yenidən inqilab küləyi əsir

Gürcüstanda yenidən inqilab küləyi əsir

Polis aksiya iştirakçılarına divan tutub

Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulu ətrafında siyasi gərginlik durmadan artır. Qanunun qəbul olunmasının əleyhinə olan yüz min insane parlament qarşısında aksiyalar keçirib. Aprelin 30-da keçirilən aksiya da polis tərəfindən dağıdılıb. Xüsusi təyinatlıların nümayəndələri dəfələrlə bibər qazı, gözyaşardıcı qaz və su şırnaqdan istifadə edilib. Saxlanıln və yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur.
Tbilisidə "Rus qanununa yox! adlı davam edən şiddətli aksiyada müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri iddia olunur ki, hüquq-mühafizə orqanları tərəfindən amansızca döyülüb.
O, hazırda Tbilisidə klinikaya yerləşdirilib.
Video müraciət yayimlayan müxalif lider mübarizənij davam etdiyini vurğulayıb.
"Allah Gürcüstana və gürcü xalqına rəhm eləsin! Xoşbəxtəm ki, bu hansısa mələk gəncin yox, mənim başıma gəlib... Əzizim, gözəlim, bu ölkə sənindir və adi silahdaş kimi arxamca gəl. Məni qəzəb, qisas deyil, yalnız xüsusi təyinatlılara təəssüf edirəm və bu Pasxa həftəsində bunlar oldu. Qələbə üçün mübarizə davam edir. Rusiya qanununa yox! Avropaya hə" , - Levan Xabeişvili söyləyib.
Gürcüstan Prezidenti Salome Zurabişvili daxili işlər nazirinə müraciət edərək, dinc nümayişə müdaxilə edilməsinin dərhal dayandırmağı xahiş edib.
Zurabişvili Xalq Müdafiəçisini xüsusi təyinatlıların əsassız və yersiz hərəkətlərinə dərhal cavab verməyə çağırıb.
Onu das qeyd edək ki, bu məsələ hökumətlə Prezident arasında onsuz da normal olmayan münasibətləri daha da korlayıb.
Gürcüstan mətbuatının yazdığına görə, ölkənin Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini “satqın” adlandırıb.
Baş nazir hesab edir ki, Prezident Gürcüstanın dövlət maraqlarını satır: “Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstan Prezidenti adlandırılan şəxs sözün hərfi mənasında bu ölkə üçün satqındır. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir. Çox təəssüf ki, bu gün bu şəxs Gürcüstanın Prezidenti adlanır, buna görə mən şəxsən gürcü cəmiyyətindən üzr istəyirəm”.
Qeyd edək ki, Baş nazirin bu ritorikası Zurabişvilinin küçə etirazlarını dəstəkləməsilə bağlıdır. Belə ki, bundan öncə Zurabişvilinin “xarici agentlər” haqqında qalmaqallı qanun layihəsinə veto qoymağa hazırlaşdığı bildirilib. Bunun ardınca isə genişmiqyaslı etirazların daha da artacağı gözlənilir.
"Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili 29 aprel Parlamentin qarşısına keçirilən mitinqdə xalqa müraciətində deyib: "Mən sizə söz verirəm ki, biz bütün maneələri dəf edəcəyik, suverenliyimizi möhkəmləndirəcəyik, sülhü qoruyacağıq, Gürcüstan iqtisadiyyatını gücləndirəcəyik və 2030-cu ildə Avropa İttifaqına üzv olacağıq. Biz bənzərsiz tarixə, adət-ənənələrə və özünəməxsusluğu olan nadir xalqıq. Məhz bu unikal milli adət-ənənələr və identiklik ilə biz ümumi Avropa ailəsinə qoşulmalıyıq, çünki yalnız belə olan halda Avropa İttifaqı Gürcüstan üçün və Gürcüstanın Avropa İttifaqı üçün real dəyərə malik ola bilər".
“Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər. Bu gün, 2030-cu ilə cəmi 6 il qalmış Gürcüstan demokratiya, insan haqları, institutların gücü və korrupsiyanın olmaması baxımından Aİ-yə namizəd ölkələr arasında aydın liderdir. Gürcüstan iqtisadiyyatı bütün namizəd ölkələr arasında ən sürətlə inkişaf edir. Mən sizə söz verirəm ki, biz bütün maneələri dəf edəcəyik, suverenliyimizi möhkəmləndirəcəyik, sülhü qoruyacağıq, Gürcüstan iqtisadiyyatını gücləndirəcəyik və 2030-cu ildə Avropa İttifaqına üzv olacağıq”.
O, daha soinra deyib ki, indiki Gürcüstan nə Şevardnadzenin Gürcüstanı, nə də Yanukoviçin Ukraynasıdır. Bu gün Gürcüstanı vətənin, müstəqilliyin, suverenliyin qədrini bilən güclü və vahid peşəkarlar komandası idarə edir. Müvafiq olaraq, bugünkü Gürcüstanda hökuməti reytinqi olmayan “millətçilər” ("Vahid Milli Hərəkat" partiyası - red.) və QHT-lərin əli ilə dəyişmək mümkün deyil”.
İqtidar lideri hesab edir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın suverenliyinin möhkəmləndirilməsinə xidmət edir.
Bidzina İvanişvilinin "Xarici agent" qanun layihəsinin keçən il geri götürülməsinin iki əsas obyektiv səbəbi olduğunu vurğulayıb:
"Birincisi, onlar keçən il uğur qazandılar və ictimaiyyətin böyük bir hissəsini çaşdırdılar. Buna görə də aldadılmış həmvətənlərinin narahatlığını nəzərə almaq hökumətin vəzifəsi idi. İkincisi, biz ölkəmizin siyasi sabitliyinin qayğısına qalmalıyıq ki, qanuna müraciət olunmasaydı, keçən il çətinliklər yarada bilərdi".
Onun sözlərinə görə, bu il vəziyyət kökündən fərqlidir. “Milli Hərəkat” və onların sahibləri daha xalqı aldada bilmədilər və bu gün cəmiyyətin əksəriyyəti QHT-lərin şəffaflığını qətiyyətlə dəstəkləyir.
“Dolayısı ilə indiki Gürcüstanda iqtidarı reytinqi olmayan “Milli Hərəkat” və QHT-lərin əli ilə dəyişmək mümkün deyil. Lakin bu, o demək deyil ki, biz sayıqlığımızı itirməli və Gürcüstanın suverenliyinə uzunmüddətli təminat yaratmağın qayğısına qalmamalıyıq. Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunu Gürcüstanın suverenliyinin möhkəmləndirilməsinə xidmət edir.
Bundan əlavə, bu gün dövlətin sabitliyinə xələl gətirmədən şəffaflıq haqqında qanunu qəbul etmək və ölkəni irəliyə aparmaq üçün tam imkanlarımız var. Doğru zamanda düzgün addım atmaq siyasətin sənətidir. Mənim siyasi keçmişim mənə sübut etməyə imkan verir ki, bir siyasi lider kimi bu cür gedişləri yaxşı hesablaya bilirəm", - Bidzina İvanişvili söyləyib.
Gürcüstanın üçüncü prezidenti Saakaşvili Bidzina İvanişvilinin bəyanatlarını belə qiymətləndirib: “Dünən İvanişvili Qərbə, müvafiq olaraq da gürcü xalqına rəsmən müharibə elan etdi və Gürcüstanda demokratiyanı ləğv etdi. Seçkilərdə uduzacağını bilir və seçkidən sonra gözlənilən etirazları neytrallaşdırmaq üçün əvvəlcədən kütləvi repressiyalar elan edir.O, Putinin “Qızılgül İnqilabı” ilə bağlı nağılını hərfi təkrarladı. Hər birimiz nəmi etməliyik?
Əvvəlcə 2020-ci ildə Belarusun, 2012-ci ildə isə Moskvanın təcrübəsini nəzərə alaq. Başa düşmək lazımdır ki, cəmiyyət özünü rus rejimindən qorumaq üçün mexanizmlər yaratmalıdır. Zorakılığın qarşısının alınması üçün qarşıdakı həftələr təkcə bizim hər birimizin taleyi üçün deyil, həm də Gürcüstanın varlığı və ya olmaması üçün həlledici olacaq.Nəhayət, dünən İvanişvilini gördük, o, qorxuya düşmüş və çox çaşqın idi. Onun təhdidləri qorxmuş hökmdarın müdafiə reaksiyasının ifadəsidir. Bu, yalnız bir şeyi sübut edir - biz həmrəy olmalıyıq, qorxmadan və məqsədimizi çatdırmalıyıq.
Təbii ki, İvanişvili yaxın aylarda ölkəyə və bir çoxlarımıza zərər verəcək, lakin biz nə qədər israrlı olsaq, bu zərər bir o qədər az olacaq və ən əsası, gələcəkdə tamamilə zərərsizləşdiriləcək”, - Mixail Saakaşvili yazır.
Baş nazir İrakli Kobaxidze isə deyib ki, QHT-lər Gürcüstanda iki dəfə - 2021 və 2022-ci illərdə inqilaba cəhd göstəriblər.
O, Avropa Parlamentinin ötən gün Gürcüstana qarşı qətnaməsinin dəyərsiz olduğunu və şantaj mahiyyəti daşıdığını əlavə edib. Qeyd edib ki, Gürcüstanın Aİ ilə vizasız rejimin ləğvi, sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması, Bidzina İvanişviiyə sanksiyaların tətbiq edilməsi kimi çağırışların heç bir dəyəri yoxdur.
Kobaxidze Gürcüstanın tərəfdaşlarının Gürcüstan rəsmiləri və xalqı ilə şantaj dili ilə danışmamalı olduğunu əlavə edib.
“Viza prosedurlarının sadələşdirilməsi hökumətin və Gürcüstan xalqının nailiyyətidir. Rəsmilərlə və Gürcüstan xalqı ilə belə şantaj dilində danışmaq yerinə, məsələn, ABŞ Gürcüstanda vizasız rejimin tətbiqinə çalışmalıdır”, - Kobaxidze deyib.
Qeyd edək ki, Avropa Parlamenti hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə qətnamə qəbul edib.
Politoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə deyib ki, Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası "Xarici agentlər" qanunu növbəti dəfə parlamentin müzakirəsinə çıxarması, müxalifətin etirazları ilə müşahidə olunur. Hakimiyyətin "Xarici agentlər" haqqında qanununa qarşı ABŞ və Avropa İttifaqı sərt mövqeyini ortaya qoyub. Qərbin və müxalifətin sərt etirazlarına baxmayaraq hakim "Gürcü Arzusu" partiyası qanunun qəbul edilməsində israrlıdır.
O, qeyd edib ki, "Gürcü Arzusu" partiyasının fəxri lideri Bidzina İvanaşvilinin ötən gün Tiflisdə 120 minlik mitinq keçirməsi, bu qanunun müəllifi və prosesin arxasında özü olduğunu mesajını verdi. Məhz 120 minlik mitinqin keçirilməsi, Qərbə əzələ nümayişidir. Həmçinin bununla bağlı hakimiyyət geri çəkilməyəcəyini mövqeyini ortaya qoydu: "Müxalifətin kiçik qruplarla mitinqinə qarşı hakimiyyətin keçirdiyi izdihamli mitinq xalqın hakimiyyətin yanında olduğunun mesajını vermiş oldu. Müxalifətin parlament qarşısında 2 minə yaxın etirazçı ilə mitinq təşkil edilməsi, xalqın dəstək verməməsi onun geri çəkilməsinə gətirib çıxaracaq. Bu qanun Gürcüstanda QHT və vətəndaş cəmiyyətini zəifəldəcək və ölkədə demokratik sistemin zəifləməsinə gətirib çıxaracaq.
Bu qanun qəbul edildikdən sonra, Qərblə Gürcüstan hakimiyyəti arasında konfontrasiya müvəqqəti xarakter daşıyacaq. Gürcüstan müxalifətində vahid lider olmadığı üçün Qərb hakimiyyətlə işləyəcək. "Gürcü Arzusu" partiyasının "Xarici agentlər" qanunun Rusiya ilə əməkdaşlıq müstəvisində qəbul edib kimi açıqlamalar əsasən, publikada hakimiyyəti Moskva ilə əməkdaşlıq edir kimi qələmə verməkdən ibarətdir. Gürcü hakimiyyətini gücləndirmək və vətəndaş cəmiyyətini Qərbin təsirlərindən qorumaq üçün bu üsula əl atıb. Qərb Gürcüstanda vətəndaş cəmiyyətini və müxalifəti dəstəkləməsi hakimiyyətin maraqlarına cavab vermir".

Cavid