• 21 May 2024
logo
Ermənistanda qarşıdurma yaşanır

Ermənistanda qarşıdurma yaşanır

Ermənistanın Tavuş vilayətinin Noyemberyan rayonunda vəziyyət olduqca gərgindir.

Baymedia.az xəbər verir ki, bununla bağlı “24nyus.am” məlumat yayıb.

Belə ki, etirazçı kütlə ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanır.

Baqrataşen kəndi önündə xidməti maşın kütlə üzərinə sürülüb.

Qeyd edək ki, sözügedən kənd Tavuş vilayətinin şimalında yerləşir. Eyni zamanda Ermənistan-Gürcüstan sərhədindəki üç sərhəd-nəzarət buraxılış məntəqəsindən biri bu kənddədir. İrəvan-Tiflis magistralı da buradan keçir.