• 3 May 2024
logo
Britaniya Ukraynaya tarixinin ən böyük maliyyə yardımını edəcək

Britaniya Ukraynaya tarixinin ən böyük maliyyə yardımını edəcək

Böyük Britaniya Ukraynaya krallıq tarixinin ən nəhəng yardım paketini göndərəcək.

“Reuters“in xəbərinə görə, bu gün Polşaya səfər edəcək Baş nazir Rişi Sunakın bu barədə açıqlama verəcəyi gözlənilir.

Varşavada Donald Tusk və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşən hökumət rəhbəri daha sonra Berlinə gedərək, kansler Olaf Şoltsla müzakirə aparacaq.

Qeyd edək ki, 500 milyon funt-sterlinq, yəni təqribən 618 milyon ABŞ dolları məbləğində əlavə dəstək paketi ilə birlikdə krallığın bu il adı çəkilən ölkəyə göstərdiyi yardımın məbləği 3 milyard dollara çatacaq.