• 21 May 2024
logo
İki helikopter toqquşdu: 10 ölü - Anbaan video

İki helikopter toqquşdu: 10 ölü - Anbaan video

Malayziyanın Lumut şəhərində iki helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Baymedia.az xəbər verir ki, bu barədə Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib.

Xidmət hər iki helikopterdə olan 10 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.

Bildirilib ki, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.

İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Onlardan birində 3, digərində 7 ekipaj üzvü olub.