• 29 Aprel 2024
logo
Belqorod səmasında 3 PUA məhv edildi

Belqorod səmasında 3 PUA məhv edildi

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynanın 3 pilotsuz uçuş aparatını məhv edib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat cəhdinin qarşısı saat 09:30-da alınıb.

Ukrayna Silahlı Qüvvələri təyyarə tipli dronlardan istifadə edib.