• 19 May 2024
logo
Ukrayna müdafiə xətlərinin inşasına 100 milyon dollar ayırdı

Ukrayna müdafiə xətlərinin inşasına 100 milyon dollar ayırdı

Ukrayna hökuməti müdafiə xətlərinin tikintisi üçün əlavə 3,88 milyard qrivna (təxminən 100 milyon dollar) ayırıb.

Baymedia.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

“Vəsaitin 1.7 milyardı Xarkov, 1.5 milyardı isə Sum vilayətinə yönəldiləcək. Qaln hissə də Nikolayev, Donetsk və Xerson vilayətlərində müdafiə işlərinə sərf olunacaq”, - Şmıqal bildirib.