• 19 May 2024
logo
Orenburqda dəhşət davam edir: Əhali kütləvi təxliyə olunur

Orenburqda dəhşət davam edir: Əhali kütləvi təxliyə olunur

10:36

Rusiyanın Orenburq şəhərində Ural çayının səviyyəsi 1120 sm-ə çatıb.

Baymedia.az xəbər verir ki, bu barədə Orenburq şəhərinin merinin birinci müavini Aleksey Kudinov jurnalistlərə bildirib.

“Suyun səviyyəsi qalxır və indi biz 1120 sm səviyyəni görürük. Faktiki olaraq, bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb", - deyə o qeyd edib.

***

Orenburqda daşqınlar səbəbindən həyəcan siqnalı verilib. Hazırda şəhərin Qrand-Park yaşayış kompleksi, Kuybışev və Solneçnıy qəsəbələri, 23-cü mikrorayonu, Uralsk və Donquzsk küçələri, Aviaqorodok rayonu və Ovçinıy şəhərciyinin sakinləri təxliyə olunur.

Bu barədə Orenburq meri Sergey Salmin məlumat verib.

“Şəhərdə həyəcan siqanalları səsləndirilir. Təlim siqnalı deyil. Kütləvi təxliyə aparılır. Son 10 saatda Ural çayında suyun səviyyəsi 1143 sm-ə çatıb. Bu göstəricilər təhlükəlidir”, - mer bildirib.