• 27 Yanvar 2022
logo
Azərbaycanda son sutkada 857 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Azərbaycanda son sutkada 857 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 586 640 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib, aktiv xəstə sayı 25 992 nəfərdir.
Ölkədə son sutka ərzində 5 594, hazırkı dövrədək isə 5 526 664 test aparılıb.