• 27 İyun 2022
logo
Kremli vadar etsələr nüvə silahına əl ata bilər

Kremli vadar etsələr nüvə silahına əl ata bilər

Elşən Manafov: “Qərbin Ukraynaya dəstəyi uzunmuddətli olmayacaq”

Rusiya ilə genişmiqyaslı müharibə səbəbindən Ukraynanın aylıq xərcləri 5-6 milyard dollar təşkil edir. Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer bildirib. “Son hesablamalara görə, Ukrayna bir ay ərzində təxminən 5-6 milyard dollar xərcləyir. Bu rəqəm fantastikdir. ABŞ administrasiyasının Ukraynaya yardım kimi ayırmağa hazırlaşdığı 7,5 milyard dollar da bütün ehtiyacları ödəməyə kifayət etməyəcək”, - ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, Qərbin Ukraynaya bütün sahələrdə dəstəyinə baxmayarq, Rusiya geri çəkilmək niyyətində deyil, əksinə hücumlarını dah da gücləndirib.
“Amerikanın səsi”nin məlumatına görə, Ukrayna Severodonetsk bölgəsinə ağır zərbələrin endirildiyini bildirib. Rusiya qüvvələri ölkənin şərqində yerləşən bu şəhərin tam nəzarətini ələ keçirməyə çalışır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın sözçüsü gündəlik brifinq zamanı deyib ki, Severodonetskdə döyüşlər şiddətli olub, Rusiya Ukrayna mövqelərinə həm havadan zərbələr endirib, həm onları atəşə tutub. Luhanskın qubernatoru Serhiy Haidai Severodonetskdə ukraynalı döyüşçülər və təxminən 500 mülki vətəndaşın sığındığı Ukraydan Azot kimyə zavodunda ağır döyüşlərin getdiyini bildirib. Haidai həmçinin deyib ki, Rusiya qüvvələri Severodonetsk yaxınlığında yerləşən Lisiçansk şəhərində “fəlakətləi dağıntılara” səbəb olublar. Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərq bölgəsininin müdafiəsində çətinliklərin olduğunu etiraf edib, amma deyib ki, Rusiya qüvvələri Ukraynanın müqaviməti ilə üzləşməyə davam edəcəklər.
“Orada ən çətin döyüşlər deyir. Ancaq bizim orada güclü oğlan və qızlarımız var,” Zelenski deyib və əlavə edib ki, “işğalçılar bizə qarşı etdikləri hərəkətlərə cavab alırlar.” Bundan öncə Zelenski bazar ertəsi Rusiyanı buğda çatdırılmalarını blok etməklə və qitədə artan ərzaq qiymətlərinə səbəb olmaqla Afrikanı “girov” saxlamaqda ittiham edib. Zelenski Afrika İttifaqı liderlərinə video müraciətində deyib: “Bu müharibə sizə və sizin ölkələrinizə uzaq görsənə bilər. Amma artan ərzaq qiymətləri bu fəlakətli şəkildə milyonlarla afrikalı ailələrin evlərinə gətirib.”
O deyib ki, Ukrayna Rusiyanın Ukrayna limanlarına qarşı blokadasına son qoymağa çalışmaq üçün “mürəkkəb, çoxmərhələli danışıqlar” aparır.
“Amma hələ ki, irəliləyiş yoxdur…Buna görə də, qlobal ərzaq böhranı bu müstəmləkə müharibəsi davam etdiyi müddətdə olacaq,” o deyib.
Rusiya Ukraynadan buğda ixraclarını qəsdən blokladığını inkar edir və artan qlobal ərzaq qiymətlərinə görə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları günahlandırır.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Cozep Borrel Rusiyanın hərəkətlərini “həqiqi müharibə cinayəti” adlandırıb. O deyib ki, Aİ-nin baş diplomatları bazar ertəsi Lüksemburqda toplaşıb. “Bu, ağlasığmazdır. Heç təsəvvür etmək olmaz ki, Ukraynada milyonlarla ton buğda blokadada qalır, dünyanın qalan hissəsində isə insanlar aclıqdan əziyyət çəkir,” o bildirib.
Bundan əlavə ABŞ-ın maliyyə naziri Canet Yellen və Kanadanın maliyyə naziri Kristia Friland Torontoda görüşərək sanksiyaları və Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmağın yollarını müzakirə ediblər. Yellen görüşün əvvəlində deyib ki, iki nazir həmçinin yüksək benzin və enerji qiymətləri ilə mübarizə aparmaq üçün enerji hasilatını artımaq üzərində çalışacaq.
Politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, Rusiya Ukraynaya qarşı xüsusi təyinati hərbi əməliyyat keçirir, kimlər isə bunu müharibə kimi də xarakterizə edə bilər və müəyyən mənada haqlıdır, çunki müharibə siyasətin digər vasitələrlə, güc tətbiq etmə yolu ilə davamıdır və bu amili Rusiya Ukrayna müharibəsinə də aid etmək olar: “Əməliyyata start verildikdən sonra Rusiya məqsədlərinə aydınlıq gətirdi: Ukraynanın NATO-ya inteqrasiyasının qarşısını almaq, Donbas və Luqanskın təhlükəsizliyini təmin etmək, Ukraynanın demilitirizasiyasına nail olmaq. Rusiya bu vəzifələrdən ikisinin öhdəsindən artıq gəlib. Çünki Zelinski Ukraynanın bitərəflik statusunu elan etməyə məcbur oldu, NATO isə Ukraynanı yaxın perspektivdə öz tərkibinə almayacaq, Luqansk və Donbas üzərində Qərb tərəfindən olan maliyyə, hərbi, siyasi dəstəyə baxmayaraq Ukrayna bu bölgələrdə suverenliyini bərqərar edə bilməyib. Ukraynanın demilitarizasiyasi ilə bağlı vəzifə isə qismən yerinə yetirilib. Ukraynaya 600 milyarddan yuxarı ziyan dəyib, bu isə o deməkdir ki, Ukrayna iqtisadiyyatını hərbi relslər uzərinə keçirmək iqtidarında olmayacaq. İldırım sürətli müharibə planın baş tutmaması isə aparılan müharibənin özəllikləri ilə bağlıdır. Əgər Azərbaycan Ermənistana qarşı müharibəni mülki əhalinin olmadığı bir şəraitdə aparırdısa, Rusiya milyonlarla əhalisi olan, pravoslav qardaşlarının yaşadığları məntəqələri vurmur, hava və raket zərbələri əsasən hərbi təyinatlı obyektlərə vurulur. Ukrayna Silahlı Qüvvələrinin mülki əhalidən canlı səd kimi istifadə etmək istəyi isə təəssüf ki, mülki əhali arasında tələfata da gətirib çıxarır, bir sözlə ordu partizan müharibəsinin taktiki reallıqlarına uyğun əməliyyatlar aparır, bu isə hərbi əməliyyatların aparılmasını çətinləşdirir. Rusiya gerçək müharibə aparmaq istəsəydi Kiyev artıq dağılmışdı”.
E.Manafov onu da bildirib ki, Qərbin məqsədi Rusiyanı bu müharibəyə sürükləməklə onun iqtisadi və maliyyə resurslarının müharibəyə yönəldilməsini təmin etmək, ölkədə pulun dəyərini aşağı salmaq, əhalinin gəlirlərinin azalmasına, Rusiyada vətəndaş qarşıdurmasının yaranmasına nail olmaq, Rusiya iş adamlarına , Rusiyanın maliyyə, bank sektoruna sanksiyalar tətbiq etməklə onları Putin rejiminə qarşı qoymaq, Putinin hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaqla Rusiyanı nüfuz dairələrinə bölmək, onun ərazisində Qərbə boyun əyəcək satellit və kvazimoda dövlətlər yaratmaqdan ibarət idi: “Rusiyanın təbii sərvətlərinə - neft, qaz, qızıl, nikel, aliminium, meşə ərazilərinə yiyələnmək əsas məqsədlər sırasına aid idi. Ukrayna və onun iqtidarı bu məsələdə Qərb tərəfindən cızılmış ssenarinin həyata keçirilməsinə görə məsul idilər. Məlum səbəblərə görə Qərb bu ssenarini gerçəkləşdirə bilmir”.
Politoloq onu da söyləyib ki, Qərbin Ukraynaya dəstəyi uzun muddətli olmayacaq, zira Qərb Ukrayna vasitəsilə məlum planlarının reallaşacağına əminliyini itirəndən sonra dayanacaq, digər tərəfdən onsuz da defolt vəziyyətə duşəcək Ukrayna iqtisadiyyat, onun maliyyə bank sektoru alınmış kreditləri geri qaytarmaq imkanı da olmayacaq. Belə olan halda Ukraynanı satış bazarı və ucuz xammal mənbəyi kimi ələ keçirmək istəyən Qərb sol sahil Ukraynasının Polşa və Avstriya arasında böluşdürelməsi ilə bağlı məsələdə Rusiya ilə sövdələşməyə getməyə çalışacaq, Qərb siyasətinin patriarx Kissencerin Ukrayna problemini Rusiya ilə razilaşmaya gəlmədən həll etmək mümkün deyil açıqlamasi da bunu ehtiva edir.
Müharibədə uğur qazana bilməyən Kreml nüvə sialhana əl ata bilrətmi sualımızın cavabında politoloq deyib: “Rusiya ilk olaraq nüvə faktoruna muraciət etməyəcək, onu bu işə vadar etməsələr. ABŞ-da bəzi siyasətbazlar düşünürlər ki, Rusiya ilə preventiv, yəni məhdud nüvə muharibəsi aparıb salamat qalmaq olar və bu preventivliti də məhz Ukrayna və ya antirus ovqatı ilə fərqlənən Polşa və ya Baltikyanı respublikaların hesabına edəcəklərini düşünürlər. Lakin istər Pentaqonda, istərsə də MKİ-dəki qırğılar belə Rusiyanın nüvə silahının dağıdıcı zərbəsindən bütün NATO-nun yaxa qurtarmayacağını bilirlər. ABŞ-dan olan məşhur sovetoloq, ABŞ-ın zamaninda SSRİ-də fövqəladə səfiri işləmiş C. Kennam ruslar nüvə silahına yiyələndikdən sonra bu silah ABŞ üçün artıq çəkindirmə silahına çevrilmişdir açıqlamasında zaman göstərdi ki, haqlı idi”.
Cavid