• 27 İyul 2024
logo
Bölmələrimiz “düşmən”in hava hədəflərini məhv etdi

Bölmələrimiz “düşmən”in hava hədəflərini məhv etdi

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən Baymedia.az-a verilən məlumata görə, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.