• 29 Mart 2024
logo
Goranboy sakini minaya düşüb, ayağı amputasiya edilib

Goranboy sakini minaya düşüb, ayağı amputasiya edilib

Goranboy sakini minaya düşüb.
Hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.