• 20 Aprel 2024
logo
Zəngilanda baş verən zəlzələ Ermənistanda 5 bala qədər hiss olunub

Zəngilanda baş verən zəlzələ Ermənistanda 5 bala qədər hiss olunub - YENİLƏNİB 

Zəngilanda baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Ermənistan Fövqəladə Hallar Nazirliyi zəlzələnin Qafanda 4-5 bal, digər ətraf şəhərlərdə 3-4 bal gücündə hiss edildiyi barədə məlumat yayıb.
***
saat 09.01

Zəngilanda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 07:25-də Ordubad stansiyasından 49 km şimal-şərqdə Zəngilan ərazisində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.