• 17 Oktyabr 2021
logo
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Gəncə sakinini həbs etdi

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Gəncə sakinini həbs etdi

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Gəncə şəhər sakinini həbs edib.
“Azerforum”un əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini İbrahimova Samirə Tahir qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadinin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən İbrahimova Samirə Tahir qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.