Aİ-nin yeni sanksiyalar paketi Rusiya neftinin qiymətini kəskin şəkildə aşağı sala bilər.
APA xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası aparıcı Avropa ölkələrinin, o cümlədən Fransa, Almaniya və İtaliyanın dəstəyi ilə Rusiya neftinin qiymətinin bir barel üçün tavanını 60 dollardan 45 dollara endirməklə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəyir.
Bu məhdudiyyətlərin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində nəzərdən keçirildiyi vurğulanıb.
Qeyd edək ki, mayın 20-də Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə hazırlıqlara başlanıldığını açıqlayıb.