• 29 May 2025
logo
Ermənistan “3+3” üzrə nazirlərin növbəti görüşünü keçirməyə hazırdır

Ermənistan “3+3” üzrə nazirlərin növbəti görüşünü keçirməyə hazırdır

Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu təsdiqləyir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia”nın sorğusuna cavab olaraq məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu barədə hələ 2024-cü ildə bəyan edilib.

“Ermənistan hələ 18 oktyabr 2024-cü il tarixində İstanbulda "3+3" məşvərət platformasının üçüncü görüşü zamanı növbəti nazirlər görüşünü qəbul etməyə hazır olduğunu bildirib”, - XİN-dən bildirilib.

Ermənistan Xarici İşlər Nazirliyindən onu da əlavə ediblər ki, görüşün tarixi və yeri müəyyən edilərkən ictimaiyyətə vaxtında məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib ki, Cənubi Qafqaz üzrə "3+3" formatında üçüncü görüş hazırlıq mərhələsindədir. Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.