• 29 May 2025
logo
Naxçıvan Muxtar Respublikası üzrə investisiyaların icra səviyyəsi aşağı olub

Naxçıvan Muxtar Respublikası üzrə investisiyaların icra səviyyəsi aşağı olub

Naxçıvan Muxtar Respublikası üzrə investisiyaların icra səviyyəsi aşağı olub.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Qeyd edilib ki, 2024-cü ilin əvvəlində dövlət əsaslı vəsait qoyuluşu xərclərində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ümumi adla qeyd olunmuş 2 istiqamət üzrə 249,1 mln. manat tutulub: “Dövlət büdcəsinə yenidən baxılma zamanı 2 layihə üzrə nəzərdə tutulmuş vəsait 42 layihəyə, hesabat ilinin sonuna isə 52 layihəyə bölüşdürülməklə ümumi nəzərdə tutulmuş vəsait 83,3% azaldılaraq 41,7 mln. manat təşkil edib. İcra isə 13,6 mln. manat olub. Yerinə yetirilmiş işlərin dəyəri isə cəmi 8,8 mln. manat təşkil edib”.