• 29 May 2025
logo
Komissiya üzvü: İndiyədək əfv sərəncamları ilə azadlığa çıxanlar cinayət törətməyib

Komissiya üzvü: İndiyədək əfv sərəncamları ilə azadlığa çıxanlar cinayət törətməyib

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam nəticəsində 175 şəxsin qalan cəzası tamamilə bağışlanır. 25 şəxsin azadlıqdan məhrum etmə ilə bağlı cəzasının qalan hissəsi yarıyadək azaldılır, azadlığı məhdudlaşdırılan 10 şəxsin cəzası tamamilə əfv edilir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc bildirib.

Əfv sərəncamının müstəsna əhəmiyyəti

Zahid Oruc qeyd edib ki, indiyədək 70-dək əfv sərəncamı imzalanıb, son əfv sərəncamı da müstəsna əhəmiyyət kəsb edir: “İndiyədək əfv sərəncamları ilə azadlığa çıxmış 9 min nəfərə yaxın şəxsin heç biri növbəti dəfə cinayət törətməyib. Prezidentin addımı insanlar tərəfindən düzgün qiymətləndirilib. Onlar bunu özlərinə, ailələrinə olan münasibət kimi hesab edib. Bunun üçün də təkrar cinayətə yol verməyiblər. Eyni zamanda ötən dövrdə qəbul edilən amnistiya aktları da nəzər alınsa, birmənalı deyə bilərik ki, deyə bilərik ki, Azərbaycan humanist dövlətdir”.

Milli həmrəyli gücləndirən addım

Onun sözlərinə görə, Komissiya son 3 ay yarım ərzində 7 iclas keçirib, saatlarla müzakirə aparılıb: “Bu Sərəncamın qərəzli, müəyyən siyasi mövqedən qiymətləndirilməsi yolverilməzdir, buna qarşı kampaniyalar təşkil edilməsinin heç bir əsası yoxdur. Məhkumlar bir-birindən hüquqlarına görə fərqlənmirlər. Qələbəmizin 5 illiyi dönəmində milli həmrəyli gücləndirən addım kimi bu insanların hər biri Prezidentə dua edirlər, Azərbaycan dövlətinin bu xeyirxah addımını yüksək qiymətləndirilər. Bu sərəncamların icrası zamanı penitensiar müəssisələrdə də bunun şahid oluruq. Hər bir insanın həyatında səhvlər olur, qanunsuz əməllər törədə bilər. Ən başlıcası orada islah olunmaqla çıxmaq, cəmiyyətə tam hüquqlu vətəndaş kimi dönməkdir. Biz bu addımın da mühüm əhəmiyyətini belə qiymətləndiririk”.