Ukrayna, Suriya və Yaxın Şərqi müzakirə edəcək.
Bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Xarici Əlaqələr Şurasının iclasından əvvəl bildirib.
O qeyd edib ki, iclasda Avropa İttifaqının Xarici Əlaqələr Şurası İsraillə assosiasiya sazişinin dayandırılmasını müzakirə ediləcək.
Kallas Qəzzada humanitar vəziyyətin ağır olduğunu qeyd edib: “Humanitar yardımlar ən qısa zamanda Qəzzaya çatmalıdır”.
Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ 17-ci sanksiyalar paketinin qəbulundan dərhal sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlamağa başlayacaq.
“Bu gün biz 17-ci sanksiyalar paketini qəbul edəcəyik və biz dərhal yeni paket hazırlamağa başlayacağıq”.
O, bu gün Suriyaya iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəklərinə ümid etdiyini vurğulayıb.