• 25 Fevral 2024
logo
Blinken: Husilər İranın dəstəyi ilə hücum edir

Blinken: Husilər İranın dəstəyi ilə hücum edir

Husi silahlılarının pilotsuz təyyarə və raket hücumları İranın dəstəyi, eləcə də hərbi yardımı ilə həyata keçirilir.

Baymedia.az xəbər verir ki, bu sözləti ABŞ Dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Kemeron ilə keçirdiyi mətbuat konfransında deyib.

“Birləşmiş Ştatlar hesab edir ki, İran hökuməti və İslam İnqilabı Keşikçiləri Korpusu Husi qruplaşmasına İsrailə və Qırmızı dənizdəki gəmilərə qarşı raket və dron hücumlarının planlaşdırılması, həmçinin həyata keçirilməsində kömək edir”, - o qeyd edib.