• 27 İyul 2024
logo
İrəvan Putinin ölkəyə girişinə qadağa qoydu - Zatulin

İrəvan Putinin ölkəyə girişinə qadağa qoydu - Zatulin

Ermənistan parlamentinin BCM-nin Roma statutunu ratifikasiyası əslində Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə girişinə qadağa kimi də qiymətləndirilə bilər.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin deyib.

“Ermənistan BCM-nin Roma statutunun ratifikasiyasının əhəmiyyətini hər cür azaltmağa çalışır və əmin edir ki, bunu Rusiya dövlət xadimlərinə şamil etməyəcək. Digər tərəfdən, biz bu ratifikasiyanı qeyri-dost hərəkət kimi rəsmi şəkildə qınadıq. Yaxın gələcəkdə Rusiya prezidentinin Ermənistana səfəri üçün heç bir perspektiv görmürəm. İrəvan bilir ki, bu cür hərəkətlər əslində Rusiya lideri üçün Ermənistana girişin qadağan edilməsi deməkdir. Bu baxımdan Paşinyan və onun həmkarları ardıcıl addım atırlar. Onlar ötən ildən Rusiyanın siyasi və ictimai xadimlərinin ölkəyə girişinə qadağa qoyublar”, - o bildirib.