• 20 Aprel 2024
logo
“Vaqner”ə Baxmutda böyük zərbə vuruldu

“Vaqner”ə Baxmutda böyük zərbə vuruldu

Ukrayna ordusu “Vaqner” muzdlularını Baxmutun təchizat xətlərinin birindən uzaqlaşdırıb.
Baymedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.
Bildirilib ki, son həftələr rusların hücumları səngisə də, Baxmutda döyüşlər davam edir:
“Ukraynanın son əməliyyatlarının əsas nailiyyətlərindən biri “Vaqner” muzdlularını 0506-cı yoldan geriyə oturdulması idi. Bu Çasovıy Yar və Xromovoyeni birləşdirən yol Ukrayna hərbçiləri üçün kritik təchizat xəttinə çevrilmişdi. Əvvəllər "Vaqner" bu yoldan bir neçə yüz metr məsafədə idi”.