• 28 Mart 2024
logo
ABŞ Saakaşvilinin səhhətindən narahatdır

ABŞ Saakaşvilinin səhhətindən narahatdır

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti ABŞ-ı narahat edir.
Baymedia.az xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Denqan deyib.
Onun sözlərinə görə, Vaşinqton bu prosesi diqqətlə izləyir və Saakaşvilinin səhhəti ilə bağlı vəziyyəti ciddi qiymətləndirir:
“Təbii ki, dünən gördüyümüz çox ciddi bir vəziyyətdir. Hökumətimiz də digər ölkələrin hökumətləri kimi bu prosesi diqqətlə izləyir və bu narahatlıq doğurur. Gürcüstan hakimiyyəti eks-prezidentə bütün lazımi yardımı göstərməlidir”, - səfir bildirib.