• 29 Mart 2024
logo
Rusiyaya hücumlar təhlükəli dönüşdən xəbər verir

Rusiyaya hücumlar təhlükəli dönüşdən xəbər verir

Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi aerodromlarına hücum cəhdləri münaqişənin yeni və təhlükəli dönüşündən xəbər verir.

Baymedia.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin liderləri indi Kiyevi eskalasiya riskini azaltmaq üçün daha böyük hücumlardan çəkinməyə məcbur edəcək:

“NATO alyansın hərbi əməliyyatlarda birbaşa iştirak etməməsi üçün çalışacaq ki, ukraynalıları sakitləşdirsin”.