• 4 Fevral 2023
logo
Avropada qaz böhranı ilə bağlı növbəti xəbərdarlıq

Avropada qaz böhranı ilə bağlı növbəti xəbərdarlıq

Avropa yeni qaz tədarüklərini təmin edə bilməsə, bölgədə enerji böhranı illər boyu davam edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”a dünyanın ən böyük enerji şirkətlərindən sayılan “Vitol”dan mənbə bildirib.

“Biz qaz böhranındayıq və növbəti 2-3 il ərzində böhran rejimində qalacağıq”, - məlumatda bildirilib.

Bundan başqa, bəzi ekspertlər vurğulayıb ki, Avropa 2023-24-cü ilin qışına qaz anbarlarının yalnız 65 faizi dolu olaraq girə bilir. Bu da 2016-cı ildən bəri qeydə alınan ən aşağı göstəricidir.