• 24 Aprel 2024
logo
Qırğızıstan parlamentinin sədri istefa verdi

Qırğızıstan parlamentinin sədri istefa verdi

Qırğızıstan parlamentinin sədri Talant Mamıtov istefa verib.
Baymedia.az xəbər verir ki, bu barədə Qırğızıstan qanunvericilik assambleyasının mətbuat xidməti məlumat yayıb.
“Talant Mamıtov ona göstərilən etimada görə həmkarlarına minnətdarlığını bildirib və bu vəzifədən getmək qərarını öz istəyi ilə verdiyini vurğulayıb”, - mətbuatda qeyd edilib.
Qeyd edək ki, Mamıtov 2020-ci ilin noyabrından bu vəzifədə çalışır.