• 28 Mart 2024
logo
Ruslar böyük itki verəcəklər - Britaniya kəşfiyyatı

Ruslar böyük itki verəcəklər - Britaniya kəşfiyyatı

Rusiya səfərbərlik üçün lazım olan hər şeyi təmin etməkdə çətinliklərlə üzləşir. Və səfərbər edilənlər minimal təlimdən sonra cəbhəyə göndərilir.
Baymedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“İlk səfərbərlik qrupları artıq bazalara gəlir, on minlərlə çağırış vərəqəsi verilib. Bir çox Qərb tipli ordulardan fərqli olaraq, Rusiyada yeni çağırışçılar ilk təlimləri müəyyən təlim mərkəzlərində deyil, öz xüsusi bölmələrdə keçirlər. Səfərbər olanların çoxu əllərinə heç vaxt silah almayıblar. Təlimatçıların olmaması, Rusiyanın səfərbərliklə bağlı tələskən qərarı, onu deməyə əsas verir ki, əsgərlərin çoxu minimum lazımi hazırlıqla ön cəbhəyə atılacaq və onların da böyük itkilər verəcəyi ehtimalı var ", - kəşfiyyat qeyd edib.