• 3 Oktyabr 2022
logo
Rusiyanın ehtiyatı tükənib, “Xəncər” heç nəyi dəyişmir

Rusiyanın ehtiyatı tükənib, “Xəncər” heç nəyi dəyişmir

Litva hakimiyyəti Rusiyanın hipersəsli "Xəncər" (“Kinjal”) raketlərini qonşu Kalininqrad vilayətinə nümayişkaranə şəkildə ötürməsindən o qədər də narahat deyil.
Bu barədə ölkənin müdafiə naziri Arvidas Anuşauskas deyib.
“Bu raketlər vəziyyəti dəyişmir. Rusiyanın Kalininqrad vilayətindəki hərbi ehtiyatları ciddi şəkildə tükənib, çünki Rusiya onlardan Ukraynaya qarşı müharibədə istifadə edir. Hesab edirəm ki, biz onların bu və ya digər raketlərinin yeri ilə bağlı çox da narahat olmamalıyıq”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Rusiya Kalininqrad vilayətindəki Çkalovsk aerodromuna "Xəncər" (“Kinjal”) raketləri ilə üç MiQ-31 təyyarəsi yerləşdirib.