• 2 Oktyabr 2022
logo
Rusiyanın silah bazarında inamı sarsılıb

Rusiyanın silah bazarında inamı sarsılıb - Britaniya

Rusiya hərbi texnika üzrə ixrac sifarişlərini yerinə yetirə bilməyəcək. Onun Ukraynadakı ordusunun texnikaya ehtiyacı var və Qərbin sanksiyaları da istehsala təsir edir. Eyni zamanda, hərbi uğursuzluqlar Rusiyanın tərəfdaşlarının onun hərbi sənaye kompleksinə inamını sarsıdıb.
Bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
"Rusiya uzun müddətdir ki, müdafiə sənayesini özünün ən mühüm ixrac uğurlarından biri hesab edir. Bununla belə, ölkənin hərbi-sənaye potensialı hazırda ciddi təzyiq altındadır və onun etibarı bir çox silah sistemlərinin zəif işləməsi ilə əlaqələndirilərək sarsılıb”.