• 2 Oktyabr 2022
logo
Rusiya uduzur, Putinin ətrafı çıxış yolu axtarır...

Rusiya uduzur, Putinin ətrafı çıxış yolu axtarır... - Qudkov

Rusiya Prezidenti Vladimir Putinin əhatəsi indi Ukraynadakı müharibəni necə ləyaqətli nəticə ilə bitirməyi, sudan quru çıxmağı düşünürlər.
Bunu rusiyalı müxalifət lideri Gennadi Qudkov deyib.
Onun sözlərinə görə, Kreml əvvəlcə düşünülmüş və planlaşdırılan müharibənin uğursuzluğa düçar olduğunu başa düşür:
“Və indi ağrılı və gərgin şəkildə ondan çıxış yolu axtarırlar. Amma hələ də tapmayıblar. Onlar həqiqətən ümid edirlər və sona qədər möcüzəyə inanırlar. İnanırlar ki, birdən-birə Ukraynanı hansısa AES-i məhv etməklə hədələsələr, Kiyev danışıqlar masasına oturacaq”.
Onun sözlərinə görə, Putinin ətrafındakılar Rusiya üçün bir sıra problemlər yaratdığına görə müharibəni dayandırmağın zəruriliyini anlayırlar:
“Xüsusən də iqtisadiyyat və dünya birliyi ilə dialoq praktiki olaraq dayanıb. Onlar bunu başa düşürlər. Ona görə də onların vəzifəsi müharibəni mümkün qədər tez bitirməkdir”.