• 5 Oktyabr 2022
logo
Ukraynanın Kremençuk şəhərində üç günlük matəm elan olunub

Ukraynanın Kremençuk şəhərində üç günlük matəm elan olunub

Ukraynanın Kremençuk şəhərində üç günlük matəm elan olunub.
Bu barədə şəhərin meri Vitali Maletskiy "Facebook"da bildirib.
O, "Amstor" ticarət mərkəzinə raket hücumu nəticəsində həlak olanlar üçün iyunun 28, 29 və 30-da şəhərdə matəm elan edildiyini deyib..
"Bu gün Ukraynada Konstitusiya Günüdür. Amma Kremençukda dövlət bayraqları endiriləcək. Bu günlərdə hər cür əyləncənin keçirilməsi qadağandır. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Baş verənlər Kremençukun müasir tarixində ən böyük faciədir. Kremençuk icması müharibəyə və dinc sakinlərə hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsini tələb edir. Biz unutmayacağıq, bağışlamayacağıq!", şəhərin meri bildirib.
Xatırladaq ki, iyunun 27-də Rusiya hərbi qüvvələri Poltava vilayətinin Kremençuk şəhərinə iki raket zərbəsi endirib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, raketlərdən biri stadiona, digəri isə təxminən 1000 nəfərin olduğu ticarət mərkəzinə düşüb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, X-22 qanadlı raketləri Kursk vilayətindən atılıb. Endirlən raket zərbəsi nəticəsində 18 nəfər həlak olub, 59 nəfər yaralanıb, onlardan 25-i reanimasiyaya yerləşdirilib, 36 nəfər isə itkin düşüb.